Nazir müavini: “Niderland indiyədək Azərbaycana 900 milyon dollarlıq investisiya yatırıb”
Son 3 ildə Niderland Krallığı Azərbaycana 300 mln. dollar həcmində investisiya yatırıb.
Economic.az APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Azərbaycan-Niderland Biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Nazir müavininin sözlərinə görə, ümumilikdə, krallığın ölkəmizə yatırdığı investisiyaların həcmi 900 milyon dolları ötüb: “Niderland Krallığı Azərbaycanın qeyri-neft sektoruna investisiya edən 4-cü ən böyük ölkədir. Bu günə qədər hər iki ölkə arasında 180 milyon dollar həcmində müqavilələr imzalanıb. Ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon dollardır. Bu, iki ölkə arasında mövcud olan potensialı tam əks etdirmir. Bu kimi biznes forumların keçirilməsində əsas məqsəd Azərbaycan və Niderland arasında ortaq layihələrin təməlini qoymaqdır”.
Qeyd edək ki, biznes forumda Niderlandın 24, Azərbaycanın 40-a yaxın şirkətinin nümayəndəsi iştirak edir.
BƏNZƏR MƏQALƏLƏR
-
ASML necə Avropanın ən dəyərli texnoloji firması oldu
Baxış: 3. 902
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]