
“Nar” və “World Telecom”dan yeni kampaniya
“Nar” və “World Telecom” mağazalar şəbəkəsi yeni kampaniyaya start verdilər.
Artıq hər kəs cəmi 20 AZN ilkin ödəniş etməklə yeni “Huawei Ascend Y220” smartfonu əldə edə bilər. Kampaniyanın qaydalarına əsasən, ilkin ödəniş etmiş müştərilər 10 ay müddətində ayda cəmi 10 AZN ödəməli olacaqlar.
Kampaniya 31 may 2016-cı il tarixinədək qüvvədə olacaq. Smartfonu əldə etmiş hər bir alıcıya 100 AZN bonuslu “Nar” nömrəsi təqdim olunacaq. 6 ay müddətində təqdim ediləcək bonuslar aylıq 16,66 AZN şəbəkədaxili danışıq və 100 Mb internet trafiki təşkil edəcək. Bonuslar səsli zənglərin hesablandığı “0” tarifi daxilində aktivdir. Bonusların aktiv olması üçün balans hər ay ən az bir dəfəyə 5 AZN artırılmalıdır. Qeydiyyatdan asılı olmayaraq, kampaniyadan bütün vətəndaşlar yararlana biləcəklər.
BƏNZƏR MƏQALƏLƏR
-
Milli Yaylaq Festivalı keçiriləcək
29 – 31 iyul tarixlərində Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq […]
-
“Xoşbəxt şənbə günləri”: Uber-dən həftəsonları üçün xüsusi kampaniya
Beynəxalq taksi daşıyıcısı şirkəti Uber, Bakı şəhərində “Xoşbəxt şənbə günləri” adlı kampaniyaya start verib. Kampaniya […]
-
BirKart-dan Bolt gedişlərinə 30% endirim!
Ölkənin ən məşhur taksit kartı olan BirKart partnyorlarının sırasını genişləndirərək bir sıra yeni sərfəli kampaniyalar […]