Milli Yaylaq Festivalı keçiriləcək
29 – 31 iyul tarixlərində Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq Festivalı keçiriləcək.
“Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunacaq festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edə biləcəklər. Bu məqsədlə festival ərazisində KOBİA tərəfindən “Sənətkarlıq məhəlləsi” yaradılacaq. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və s. nümayiş olunacaq.
Festivalda məhsullarını sərgiləmək və satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri, yaradıcı şəxslər və sənətkarlar elektron formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
Son müraciət tarixi 14 iyul 2022-ci ildir.
BƏNZƏR MƏQALƏLƏR
-
“Xoşbəxt şənbə günləri”: Uber-dən həftəsonları üçün xüsusi kampaniya
Beynəxalq taksi daşıyıcısı şirkəti Uber, Bakı şəhərində “Xoşbəxt şənbə günləri” adlı kampaniyaya start verib. Kampaniya […]
-
BirKart-dan Bolt gedişlərinə 30% endirim!
Ölkənin ən məşhur taksit kartı olan BirKart partnyorlarının sırasını genişləndirərək bir sıra yeni sərfəli kampaniyalar […]
-
Kapital Bank-ın Visa kartları ilə “Macəra yaxındadır”
ECONOMIC: Kapital Bank-ın Visa kart sahibləri artıq “Macəra yaxındadır” adlı kampaniyaya daxil olan təkliflərdən daha […]