
“Moody`s”: Azərbaycanın bank sektorunda kreditlərin 20%-i problemlidir
Azərbaycanın bank sektorunda problemli kreditlərin xüsusi çəkisi 20% səviyyəsində qiymətləndirilir.
Bu barədə “Moody`s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
“İqtisadi azalma və milli valyutanın devalvasiyası Azərbaycanın bank sektorunda sabitliyi pozur. Manatın devalvasiyası xarici valyutada əmanətlərin həcminin artmasına, eləcə də problemli kreditlərin həcminin yüksəlməsinə səbəb olub. Hazırda problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşlarının təxminən 20%-i təşkil edir”, – deyə hesabatda qeyd olunub.
Agentliyin qiymətləndirmələrinə görə, bank sisteminin əlavə kapitallaşmaya ehtiyacı var: “Ölkənin ən iri bankı Azərbaycan Beynəlxalq Bankı dövlətdən dəstək alır. Məsələn, bankın kredit qabiliyyətinin dəstəklənməsi üçün 2015-ci ildə 3 milyard məbləğində problemli kredit “Aqrarkredit” BOKT-a ötürülüb. Bundan başqa, 2016-cı ildə bankın dövlətdən 500 mln. manat alacağı gözlənilir. Bu, Beynəlxalq Bankın kapitallaşmasını yaxşılaşdırmağa imkan verəcək”.
apa.az
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]