Mərkəzi Bank tərəfindən tədavülə yenilənmiş metal pul nişanları buraxılıb
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilmişdır.
Yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarının tədavülə buraxılmasını elan edir.
Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılmışdır. Bildiririk ki, yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]