Mayda KOB subyektləri üçün hansı sahəvi görüşlər təşkil olunacaq?
May ayında mikro, kiçik və orta biznes (KOB) subyektləri üçün üzüm, bal, şərab və orqanik məhsulların istehsalına, pandemiya ilə əlaqədar ictimai-iaşə sektorunda mövcud vəziyyətə, sahibkarların mühasibatlıq və hüquq xidmətlərinə çıxışına dair sahəvi, eləcə də biznes subyektlərinin maliyyə xidmətləri, ixracın təşviq mexanizmləri barədə məlumatlıq səviyyəsinin artırılması üçün maarifləndirici görüşlər təşkil ediləcək.
Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə sahibkarları narahat edən problemlər və onların həlli yolları müzakirə olunacaq, müvafiq sahələr üzrə KOB-ların ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görüləcək.
KOBİA sahibkarları may ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda, sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini agentliyə təqdim edə bilərlər (info@smb.gov.az).
KOB subyektləri KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]