
Mayda daşınmaz əmlakın icbari sığortası üzrə 6458 müqavilə bağlanılıb
Mayda daşınmaz əmlakın icbari sığortası üzrə 6458 sığorta müqaviləsi bağlanılıb.
Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,7 milyon manat təşkil edib. Bu qəbildən müqavilələrin 61,7 faizi yaşayış evləri və mənzillər, 0,7 faizi inzibati binalar, 37,6 faizi isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 55 faiz, sığorta haqlarının məbləğində isə 22 faiz faiz azalma müşahidə edilib.
Mayda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 251, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19 min 710 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 400 manat təşkil edib.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
-
Aqrar Sığorta Fondu taxılçı fermerlərə müraciət edib
Respublikada payızlıq əkinlər davam edir. Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən […]
-
Yeni Qaydaya əsasən sığorta vəsaitindən necə istifadə olunacaq?
Dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi üçün […]
-
Fermerlərə sığorta ödənişlərinə başlanılıb
Aqrar Sığorta Fondu tərəfindən sığorta hadisələrinin baş verdiyi bitkiçilik təsərrüfatlarında zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir. […]