Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri iqtisadi islahatların dörd istiqamətini açıqlayıb
“Enerji daşıyıcılarının qiymətinin əhəmiyyətli dərəcədə düşməsi Azərbaycan iqtisadiyyatına təsir edib. Bu, milli valyutaya əlavə təzyiqlərin artması və nəticədə qaçılmaz devalvasiya, əhalinin və biznesin, dövlətin gəlirlərinin azalması ilə nəticələnib”.
Bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, bu gün həyata keçirilən islahatlar əvvəlki dövrdə əldə olunan rifahın təmin olunmasına yönəlib: “Bütövlükdə iqtisadi islahatlar və dəyişikliklər 4 istiqaməti əhatə edir. Birincisi, dayanıqlı makroiqtisadi mühitin yaradılması üzərində çalışırıq. Həm Mərkəzi Bank, Maliyyə Nazirliyi, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə tandem formalaşdırıblar. Bu gün həm manatın məzənnəsi, həm inflyasiya və ümumilikdə makroiqtisadi göstəricilər iqtisadi vasitələrlə idarəolunan çərçivədədir. İkinci istiqamət biznesin tranzaksiya xərclərinin azaldılması ilə məqbul səviyyəyə çatdırılacaq işgüzar mühitin formalaşdırılmasıdır. Üçüncü istiqamət sərmayə və maliyyə xidmətlərinə genişi çıxışın təmin edilməsidir. Çünki stabil makroiqtisadi vəziyyət sərmayə və maliyyəyə çıxış olmadan işgüzar aktivliyi və rifahı təmin edə bilmir. Bu fəaliyyətimizdə hökumətin iqtisadi qanad ilə qarşılıqlı əməkdaşlıq həyata keçirməliyik. Dördüncü istiqamət isə çevik və effektiv hüquqi islahatın formalaşdırılmasıdır. Bu islahatların məqsədi qanunun aliliyi, bütövlükdə hüquq institutlarının effektiv fəaliyyətinə nail olunmasıdır”.
APA.AZ
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]