
Kredit borcunu ödəmiyənlərə bəd xəbər: Cəzalar sərtləşdirilir
Azərbaycanda saxta müflisləşməyə görə cərimələr artırılır.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Qeyd edək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.
BƏNZƏR MƏQALƏLƏR
-
“Moody’s” agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqlərini təsdiq edib. […]
-
Kapital Bank qalib tələbələri mükafatlandırdı
Kapital Bank qalib tələbələri mükafatlandırdı Xəbər verdiyimiz kimi, təhsilin və gənclərin karyera inkişafına böyük önəm […]
-
Kapital Bank II Milli Yaylaq Festivalında iştirak edib
Kapital Bank II Milli Yaylaq Festivalında iştirak edib Kapital Bank 29-31 iyul 2022-ci il […]