
Komitə sədri: “Bəzi sahibkarlar yoxlamaların dayandırılmasından sui-istifadə edir”
“Aidiyyati dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasından bir sıra sahibkarlar sui-istifadə edir”.
Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
“Təbii ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması sahibkarlığın inkişafına ciddi təkan verir. Amma bundan sui-istifadə edənlər də az deyil. Sözsüz ki, bizim qurumun qarşısında duran vəzifələri biz icra edirik. İstehlak bazarında apardığımız monitorinqlər nəticəsində yararsız məhsullar aşkarlanırsa, biz istehsalçı müəssisəyə getmədən, müvafiq tələbnamə göndərməklə lazımi tədbir görürük. Tələbnamə icra olunmadıqda, müvafiq sənədlər toplanılaraq prokurorluq orqanlarına təqdim olunur”, – deyə R. Həsənov qeyd edib.
apa.az
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]