Kimlər kredit ala biləcək? – VİDEO
Banklar keçən dövrün acı nəticələrini nəzərə alaraq kredit siyasətlərinə yenidən baxmağa başlayıblar. Bəli kreditlər artıq verilir, amma hər bank istədiyi kimi şərtləri sərtləşdirib. Banklar Assosiasiyası isə hesab edir ki, şərtlərin sərtləşdirilməsində elə vətəndaşların xeyrinədir.
Banklar kreditin verilməsi üçün istər müştərinin maksimum yaş həddini, istər kreditin maksimum müddətini, istərsə də məbləğini müəyyənləşdirməkdə tam azaddır. Amma bu şərtlər Maliyyə Bazarına Nəzarət Palatasının qoyduğu məhdudiyyətlər çərçivəində olmalıdır.
Banklar Assosiasiyasının üzvü Cavabşir Abdullayevin sözlərinə görə, banklar tərəfindən vətəndaşın minimum əmək haqqı ilə bağlı qoyduğu tələb də müəyyənləşdirilmiş çərçivədən çıxmamalıdır. Cavaşir Abdullayevin sözlərinə görə, kreditin götürülməsi ilə bağlı şərtlərin sərtləşdirilməsində ən çox udan vətəndaşlar olur. Yəni kommersiya bankları siyasətlərini bu şəkildə davam etdirsələr, kredit heç də hamı üçün əlçatan olmayacaq.
Krediti yenidən təklif etməyə başlayan bankların müştəri üçün qoyduğu tələblərdə yaş həddi 20-60 arası müəyyənləşdirilib. Eyni zamanda vətəndaşın hazırki iş yerində stajı minimum 1 il, əmək haqqısı isə 410 manat olmalıdır. Kreditlər isə 300 manatdan 5000 manatadək maksimum 2 ilə verilə bilər. Banklar Assoiasiyasının üzvü hesab edir ki, bankların bu çür sərt tələbləri başadüşüləndir, lakin çox güman ki, bu uzun çəkməz.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]