KapitalBank-ın yenilənmiş Şabran filialı istifadəyə verildi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

KapitalBank-ın yenilənmiş Şabran filialı istifadəyə verildi

Kapital Bankfilial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni Şabran filialını istifadəyə verib. Yeni konsepsiya əsasında təmir edilən filial Şabran şəhəri, M.Ə. Rəsulzadə küçəsi 16B (4 saylı məktəbin yanında) ünvanında yerləşir. Artıq Şabran və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Açılış mərasimində Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov, Kapital Bank-ınbaş ofisinin əməkdaşları, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi.Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən ilk region filialı olan Şabran filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Yeni filialda daha bir yenilik də ondan ibarətdir ki, artıq əmək haqqı və pensiya kartı Kapital Bank-da olan və ya olmayan, təsərrüfat, xidmət, ticarət və sərbəst peşə fəaliyyəti ilə məşğul olan Şabran və Siyəzən rayon sakinləri “Kiçik biznes” və “Peşə sahiblərinə dəstək” məhsulları üzrə mikrokreditlər əldə edə bilərlər. Kreditin məbləği 500 – 30 000 manat, maksimal müddəti 36 ayadək, illik faiz dərəcəsi isə 23%-dir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyasıistiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il ərzində ümumilikdə 6 şəhər və 6 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top