Kapital Bank “Yay Futbol Düşərgəsi”layihəsinin rəsmi tərəfdaşıdır
Kapital Bank Sumqayıt şəhərində 7-12 yaşlı uşaqlar arasında keçiriləcəkənənəvi “Yay Futbol Düşərgəsi” layihəsinin rəsmi tərəfdaşıdır. Layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Bankın mətbuat xidmətindən economic-ə verilən məlumata görə, Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 52 orta məktəb üzrə 100-dən artıq şagird iştirak edəcək.
Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.
Qeyd edək ki, layihəKapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]