
Kapital Bank meşələrin bərpası üçün Türkiyəyə dəstək göstərdi
ECONOMİC: Son günlər Türkiyənin bir sıra bölgələrində yayılan meşə yanğınları nəticəsində ölkənin təbiətinə ciddi zərər dəyib. Təbii fəlakətin və onun nəticələrinin aradan qaldırılması üçün həm dövlətimiz, həm də Azərbaycanın müxtəlif qurumları qardaş ölkəyə əlindən gələn dəstəyi göstərməyə çalışırlar.
Bir müddət əvvəl Azərbaycan Banklar Assosiasiyası Türkiyədə baş vermiş yanğınlar səbəbindən məhv olan meşələrin bərpası məqsədilə xeyirxah təşəbbüsə start verdi. Ölkənin birinci bankı olan Kapital Bank bu təşəbbüsə qoşularaq qardaş ölkəyə öz dəstəyini göstərdi.
Belə ki, Kapital Bank yardım məqsədilə hər bir əməkdaşının adından 5 ədəd olmaqla, ümumilikdə Türkiyəyə 18970 ədəd ağac tingi bağışladı. Bankın atdığı bu addım bir daha onu sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı çətin anlarda da bütün dünyaya nümunədir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
BƏNZƏR MƏQALƏLƏR
-
“Moody’s” agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqlərini təsdiq edib. […]
-
Kapital Bank qalib tələbələri mükafatlandırdı
Kapital Bank qalib tələbələri mükafatlandırdı Xəbər verdiyimiz kimi, təhsilin və gənclərin karyera inkişafına böyük önəm […]
-
Kapital Bank II Milli Yaylaq Festivalında iştirak edib
Kapital Bank II Milli Yaylaq Festivalında iştirak edib Kapital Bank 29-31 iyul 2022-ci il […]