Kanadalı səfir yeni əməkdaşlıq imkanları arayır. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kanadalı səfir yeni əməkdaşlıq imkanları arayır.

Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuter  Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər)  Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. Economic.az Konfederasiyanın saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Kanada arasındakı  iqtisadi əlaqələr, özəl sektorun  hazırkı vəziyyəti,  investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf  perspektivləri və s. kimi məsələlər müzakirə edilib.

ASK-nın  prezidenti  Məmməd Musayev  Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar  haqqında   məlumat verdi. Ölkəmizdə kifayət qədər tanınmış Kanada şirkətlərinin fəaliyyət göstərdiyini deyən  M.Musayev iki ölkənin iş adamları arasında əməkdaşlıq  əlaqələrin daha da genişləndirilməsini məqsədəmüvafiq hesab etdi. Bildirdi ki, bunun  üçün mövcud potensialdan səmərəli istifadə edilməli , bu əlaqələrin  inkişafında  Azərbaycan Sahibkarlar Konfederasiyası   öz imkanlarını səfərbər etməlidir. Kanada vətəndaşlarını  Azərbaycana həm investisiya yatırmağa, həm də turist gəzintisinə dəvət edən M.Musayev bundan sonra iki ölkə arasında  aqrar sektorun inkişafı istiqamətində səmərəli əməkdaşlıq qurulacağına ümid etdiyini bildirdi. Görüşdə ölkəmizdə aqrar sahənin  inkişafına xüsusi diqqət yetirildiyi,  pambıq,tütün, fındıq  və s. kimi kənd təsərrüfatı məhsullarının  ixrac qabiliyyətli olduğu istisna edilməyib. Azərbaycan-Kanada sahibkarları arasında gələcəkdə müxtəlif  biznes forumların təşkil edilməsi ilə bağlı müzakirələr də  səfirin marağına səbəb olub.

Ölkə prezidenti İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edən səfir iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişaf etdirilməsində də maraqlı olduqlarını ifadə etdi. Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiyalar, nəqliyyat, turizm sahələrində bir sıra mühüm şirkətlərin  fəaliyyət göstərdiyini  deyən səfir ölkələrimiz arasında iqtisadi, o cümlədən aqrar sahədə  əməkdaşlığın daha da genişləndirilməsinin  əhəmiyyəti olacağını da istisna etmədi.

Kanadalı diplomat özəl sektorun inkişafına dəstək olacaq layihələrin, bu sahədə  ixtisaslaşmış Kanada şirkətlətinin təcrübəsindən yararlanmağı tövsiyyə etdi. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə dair  vəd verdi.

Daha sonra Kanada şirkətləri ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair  razılğa gəlindi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top