İtalyanın Kinetic Technology International Şirkəti BANM ilə əməkdaşlıq edəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İtalyanın Kinetic Technology International Şirkəti BANM ilə əməkdaşlıq edəcək

İtalyanın Kinetic Technology International şirkətinin vitse-prezidenti Qaetano İaquaniello, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Heilpern Nikkolo və şirkətin sədri Cianni Bardazzi Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşmüşdür.BANM-in rektoru Elmar Qasımov Azərbaycan və İtaliya arasında əlaqələrinin yüksək səviyyədə olduğunu bildirmiş, qonaqları Ali Məktəbin fəaliyyət istiqamətləri, yeni kampusu və beynəlxalq əlaqələri haqqında məlumatlandırmişdır. Tədris prosesinin beynəlxalq proqramlar əsasında ingilis dilində həyata keçirildiyini qeyd edən rektor BANM-in İtaliya universitetləri və Kinetic Technology International Şirkəti ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.

Kinetic Technology International şirkətinin karbohidrogenlər sənayesi, emal mühəndisliyi, proses mühəndisliyi, sintetik qazlar, hidrogen istehsalı və istifadəsi sahəsində ixtisaslaşdığını qeyd edən qonaq şirkətin İtaliya ali təhsil müəssisələrinin inkişafına və elmi tədqiqat layihələrinin həyata keçirilməsinə dəstək olduğunu bildirmişdir. Dünyanın 36 ölkəsində, Azərbaycanda isə SOCAR Polymer layihəsi çərçivəsində fəaliyyət göstərdiklərini nəzərə çatdıran Q. İaquaniello BANM ilə elmi tədqiqatlar, tələbə mübadiləsi və ömürboyu təhsil proqramları, eləcə də Avropa İttifaqının elm və təhsil proqramları çərçivəsində əməkdaşlıq, BANM-in İtaliya universitetləri ilə də təhsil əlaqələrinin yaradılması, şirkət mütəxəssislərinin BANM-də mühazirələrinin təşkili, tələbələrin şirkətin Milan və Romada yerləşən müəssisələrində praktika keçmək və orada elmi işlərin hazırlanmasına dəstək göstərilməsi imkanlarından danışmışdır. Sonda rektor E.Qasımov Kinetic Technology International şirkətinin vitse-prezidenti Q.İaquanielloya Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdim etmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top