
İranın Ərdəbil əyalətinin valisı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti ilə görüşüb
İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. Economic.az Konfederasiyanın saytına istinadən bildirir ki, görüşdə Konfederasiyanın məsul şəxsləri ilə yanaşı, nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox iranlı iş adamı iştirak ediblər.
Görüş zamanı ASK–nın prezidenti Məmməd Musayev Azərbaycan və İran arasındakı mehriban qonşuluq əlaqələrindən danışıb. Hər iki ölkədən olan iş adamları arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən M.Musayev ölkəmizə investisiya yatırmaq arzusunda olan İran şirkətlərinin sayının çox olmasını da yüksək qiymətləndirib. Sahibkarlar arasında yeni əməkdaşlığın yaranması üçün qarşılıqlı səfərlərin, işgüzar görüşlərin əhəmiyyətini önə çəkib. İkitərəfli ticarət əlaqələrinin genişlənməsi istiqamətində Azərbaycan Sahibkarlar Konfederasiyasının səylərini əsirgəməyəcəyini də istisna etməyib.ASK-nın prezidenti İran şirkətlərini ölkəmizdə yeni yaradılan sənaye müəssisələrində fəaliyyət göstərməyə, yerli şirkətlərlə birgə əməkdaşlığa dəvət edib.
Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin genişlənməsində maraqlı tərəf olduqlarını qeyd edib. Məcid Xudabəxş qeyd edib ki, İranda da azərbaycanlı sahibkarların investisiya yatırması üçün böyük imkanlar mövcuddur.Onlara bır sıra güzəştlərin edilməsi də nəzərdə tutulub.
Görüşdə iştirak edən iranlı iş adamları da ölkələrimizin ayrı-ayrı regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi ilə bağlı müxtəlif suallar səsləndirib. Nümayəndə heyətini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]