İmişli rayonunun daha iki kəndinə təbii qaz verilmişdir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İmişli rayonunun daha iki kəndinə təbii qaz verilmişdir

Noyabrın 15-də İmişli rayonun Bəcirəvan və Ağcüyür kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.Bildirilmişdir ki, 483 abonenti olan Bəcirəvan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3950 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 42 700 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 483 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

43 abonenti olan Ağcüyür kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2355 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 43 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Qeyd olunmuşdur ki, hazırda İmişli rayonunun daha 8 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikinti başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.

Tədbirdə çıxış edən sakinlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top