
İcbari sığorta elektronlaşdırılır – VİDEO
İcbari sığortanın elektron qaydada verilməsi üçün hazırlıqlar başa çatmaq üzrədir. İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev deyib ki, yeni qaydanın tətbiqi oktyabrın 1-nə nəzərdə tutulub. O, icbari sığorta tariflərinin artırılıb-artırılmayacağı məsələsinə də münasibət bildirib.
Sürücülər yaxın vaxtlarda avtomobillərini elektron qaydada icbari sığorta elətdirə biləcəklər. Bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev deyib. İcraçı direktor avtomobillərin icbari sığortasının qiymətlərinin artırılıb-artırılmayacağı məsələsinə də münasibət bildirib.
Elxan Quliyev “Audatex Azerbaijan” şirkətinin 5%-i həcmində iştirak payının İcbari Sığorta Bürosu tərəfindən alınması ilə bağlı danışıqlar aparıldığını da deyib.
Bu arada, bu gün öz işinə başlayan VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda ilk dəfə olaraq sığorta ombudsmanının yaradılması məsələsinin gündəmdə olduğu da bildirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Aqrar Sığorta Fondu taxılçı fermerlərə müraciət edib
Respublikada payızlıq əkinlər davam edir. Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən […]
-
Yeni Qaydaya əsasən sığorta vəsaitindən necə istifadə olunacaq?
Dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi üçün […]
-
Fermerlərə sığorta ödənişlərinə başlanılıb
Aqrar Sığorta Fondu tərəfindən sığorta hadisələrinin baş verdiyi bitkiçilik təsərrüfatlarında zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir. […]