Hyundai Azərbaycan Grandeur modelinin qiymətini aşağı saldı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hyundai Azərbaycan Grandeur modelinin qiymətini aşağı saldı

Hyundai-ın orta ölçülü sedanı olan Grandeur modelinə sahib olmaq daha sərfəli oldu.

“Hyundai” markasının Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti Grandeur modelinin qiymətlərini aşağı salıb.

Endirimin məbləğinə keçməmişdən öncə qeyd edək ki, “E” seqmentində təmsil olunan Grandeur həm prestijli görünür, həm də rahat və təhlükəsizdir. Hyundai Grandeur, qlobal bazar araşdırmaları şirkəti olan “J.D. Power” tərəfindən 2016-cı ilin ən təhlükəsiz avtomobillərindən biri seçilib.

Grandeur modeli, premium materiallardan ibarət interyeri, ən son innovativ texnologiyaları və unudulmaz avtomobil həzzi bəxş edən güclü mühərrik ilə seçilir. Grandeur, statusuna önəm verən insanların ən çox aldığı avtomobillərdən biridir.

“Auto Azərbaycan” şirkəti Grandeur modelinin Comfort 2.4 və Prestige 3.0  versiyalarının satışını təşkil edir. İndi şirkət, Hyundai fərqini  yaşamaq və yeni avtomobil almaq istəyən müştərilər üçün yeni imkan yaradıb.

Belə ki, Grandeur modelinin 2.4 L mühərrikli versiyasında 2300 manat, 3.0 L mühərrikli versiyasında isə 2600 manat endirim olunub. Bu endirimlər,  premium avtomobil alarkən “qiymətinə görə düşünüənlər” üçün əla fürsətdir.

Endirimlərdən sonra Grandeur Comfort 2.4 komplektasiyası 45700 manata, Prestig

e 3.0  komplektasiyası isə 49000 manata təklif olunur. Bu qiymətlər digər markaların eyni sinifdə olan modellərinin qiymətləri ilə müqayisədə aşağıdır.

Ətraflı məlumat:http://www.hyundai.az/az/grandeur

Telefon: (012) 989

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top