
Formula-1 yarışları üçün 18 tibbi briqada ayrılıb
Bakıda keçiriləcək Formula-1 yarışları üzrə Avropa Qran-Prisinə tibb işçilərinin cəlb olunması üçün növbələr tərtib olunub. Yarışlar zamanı idmançılara tibbi yardım göstərmək üçün 12 briqada, qonaqlara və gələn tamaşaçılar üçün 6 briqada ayrılıb. Bundan əlavə, 9 həkim heyəti məntəqələrdə növbə çəkəcək.
Bu sözləri Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.
Baş həkimin sözlərinə görə, yol boyu tibbi xidmətin təşkili mümkün olacaq.
“Bununla bağlı məntəqə yaradılıb. Yaradılan məntəqə yüksək peşəkarlıq, hazırlıq səviyyəsində cərrahlar, travmatoloqlar və müasir standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərəcək. Kliniki Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi, Neftçilər xəstəxanası və digər daha ixtisaslı müəssisələr, elmi tədqiqi institutlar zərurət olduqda zərərçəkənlərə xidmət göstərməyə hazırdır.
Təcili və təxirəsalınmaz tibbi yardım heyəti Avropa Oyunları ərəfəsində təlimlərdə olub, xarici dil kursları keçib. Gələcəkdə də belə tədbirlərin keçirilməsinə tam hazır vəziyyətdədir”.
BƏNZƏR MƏQALƏLƏR
-
“ASG Helicopter Services”in helikopteri vasitəsilə ilk dəfə “Formula-1”in çəkilişi aparılıb – FOTO/VİDEO
10-12 iyun tarixlərində Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin peşəkar aeroçəkilişi üçün ilk dəfə olaraq “ASG […]
-
“Formula 1″ə görə bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerləri sökülür
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə Bakıda bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerlərinin sökülməsinə başlanılıb. […]
-
Azərbaycan Qran-prisinə yekun vurulub – FOTOREPORTAJ
“Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisinə yekun vurulub. Yarışın sonuncu günündə “Formula 2″də […]