Formula 1 komandaları Avropa Qran Prisinə necə hazırlaşırlar? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Formula 1 komandaları Avropa Qran Prisinə necə hazırlaşırlar?

Formula 1 mərhələlərinin ən çətin proseslərindən biri logistika məsələləri olur.

Economic-in məlumatına görə, çox zaman yüklərin dünyanın müxtəlif ölkələrinə çatdırılması üçün komandaların öhdəsinə çətin işlər düşür. Formula 1 iştirakçılarının bu məsələnin öhdəsindən necə gəldiyi barədə biz Force İndia komandasının yarış koordinatoru Franko Massarodan ətraflı məlumat aldıq.

FOM hər şeyə cavabdehdir

Komandaların yüklərinin çatdırılması üzrə təşkilatı məsələlərin böyük hissəsini FOM logistika üzrə Formula 1-in rəsmi tərəfdaşı olan DHL şirkəti ilə birgə öz öhdəsinə götürür. Bu, o deməkdir ki, hər mərhələ üzrə çatdırılma cədvəlini məhz onlar tərtib edirlər. Frankonun sözlərinə görə, Bakı mərhələsinin çətinliklərindən biri də iki yarış arasında cəmi bir həftə fasilənin olmasıdır – komandalar yarışa daha maksimal dərəcə hazırlaşmaq üçün yarış olan ölkəyə daha erkən gəlməyə öyrəşiblər.

Hazırlıq və planlaşdırma hər şeydən önəmlidir

Komandanın Bakı mərhələsinə nə zamandan hazırlıq görüldüyü sualına cavab olaraq Franko bildirdi ki, komanda 2015-ci ilin dekabr ayında Azərbaycana səfər edib, oteldən trekə gedən bütün yolları, yarana biləcək problemləri araşdırıb və yarış üçün ətraflı məlumat toplayıb.

Əsas hazırlıq isə bir neçə ay bundan öncə başlayıb. Komanda Avropa Qran Prisi üçün bütün avadanlığı artıq toplayıb. Hazırlıq işlərinə başlamaq üçün Force İndia komandasının birinci heyəti Bakıya Kanada Qran Prisindən öncə səfər edəcək.

Çətinlik? Komanda hər şeyə hazırdır! 

Sözsüz ki, yarışlar arasında bir həftəlik fasilənin olması hazırlıq prossesində çətinliklər yaradır. Lakin bu amil çətinlik törətsə də, komandanın işinə təsir etmir – komandamız bu cür sınaqlara artıq öyrəşib.

Avstriyaya doğru

Avropa Qran Prisindən sonrakı mərhələ Avstriya Qran Prisi olacaq. Ona görə komandaların avadanlıqlarının bir hissəsi dərhal ora göndəriləcək. Komandanın avadanlıqları toplaması üçün cəmi 7 saat yetərlidir. Bu başa düşüləndir: Formula 1-də hər saniyə vacibdir, ona görə də komandamızın hər hansı bir gecikməsi özünü yekun nəticədə göstərə bilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top