“Formula-1” Avropa Qran-prisini işıqlandırmaq üçün 160-dək jurnalist qeydiyyatdan keçib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Formula-1” Avropa Qran-prisini işıqlandırmaq üçün 160-dək jurnalist qeydiyyatdan keçib

İyunun 17-dən 19-dək Bakıda keçiriləcək “Formula-1” yarışı yaxınlaşdıqca, həyəcan və maraq da artır. Yarışın uğurla işıqlandırılması, beynəlxalq ictimaiyyətə çatdırılması böyük dəqiqlik və məharət tələb edir. “Formula-1” kimi dünya əhəmiyyətli yarışı işıqlandırmaq jurnalistlərimiz üçün yaxşı fürsət olacaq. Bu mötəbər yarışı işıqlandırmaq üçün 160-dək jurnalist qeydiyyatdan keçib.
Yarışın akkreditasiya qaydaları barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib. N.Arpadarai qeyd edib ki, əməliyyat şirkəti tərəfindən qeydiyyatdan keçən jurnalistlər üçün seminarlar təşkil olunacaq. Yarışdan əvvəl həmin jurnalistlərin biliklərini təkmilləşdirmək məqsədilə kurslar keçiriləcək. Yarış günlərində isə media nümayəndələrinə Qran-prini işıqlandırmaq üçün hər cür şərait yaradılacaq.
“Ümidvarıq ki, jurnalistlərin fəal iştirakı, materialların dolğun və operativ çatdırılması yarışın həyəcanını və özünəməxsusluğunu, Bakının cazibədar şəhər atmosferini, habelə paytaxtın zəngin tarixini dünyanın müxtəlif ölkələrindən olan tamaşaçılara ətraflı təqdim etməyə imkan verəcək. Media təmsilçilərinin işinin öhdəsindən layiqincə gəlməsi həm də Azərbaycana turist axınının əhəmiyyətli dərəcədə artmasına təsir göstərəcək”, – deyə N.Arpadarai qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top