
Dolları hansı bankda saxlayaq? – SİYAHI, ŞƏRTLƏR
Son vaxtlar kredit bazarındakı durğunluq, eləcə də dolların məzənnəsindəki dəyişikliklər bankları əmanət faizlərinə də yenidən baxmağa vadar edib. Nəticədə Azərbaycanda əmanət faizləri aşağı düşüb. Banklar, xüsusilə, dollar əmanətlərinə əvvəlki kimi böyük qazanc vəd etmirlər.
Amma məsələnin başqa tərəfi var – manatın məzənnəsinin dəyişəcəyindən narahat olanlar indii banklarda əmanətləri dollarla saxlamağa üstünlük verirlər. Üstəlik, vaxtilə dolların daha çox bahalaşacağından narahat olaraq bütün pullarını dollara çevirənlər onu yenidən manata qaytaranda zərərə düşəcəklərinə görə, hələlik pullarını dollarda saxlamağa üstünlük verirlər.
Economic.az Fins.az istinadən xəbər verir ki, dollar əmanətlərini yerləşdirmək üçün ən sərfəli bankları araşdırdıq. Məlum oldu ki, banklarımızın dollar əmanətləri üzrə təklif etdikləri faiz dərəcələri 1% və 9% arasında dəyişir. Aşağıdakı cədvəldə, faizləri aylıq və müddətin sonunda götürülməklə, 1 il müddətinə dollarla yerləşdirilmiş əmanətlər əks olunub.
Bank | Min. Məbləğ | Aylıq | Müddətin sonunda | Əmanət | Əlavə məlumat |
NBC Bank | – | 7 | 7 | Müddətli əmanət | Yatırım imkanı verilmir.
Əmanət məbləğinin 90 %-i həcmində kredit ayrılır. 1 illik və məbləği 1000 USD olan əmanətə 1 plastik kart, 1 illlik və məbləği 5000 USD olan əmanətə 2 plastik kart hədiyyə! |
AmrahBank | 500 USD | 8 | 8.3 | Lider əmanəti | əmanətin məbləğinin 90%-i həcmində təcili kredit xətti,
pulsuz plastik kart |
AtaBank | 500 USD | 8 | 9 | Universal | əmanətin məbləğinin 50%-i həcmində kredit xətti,
pulsuz plastik kart |
TuranBank | 100 USD | 6 | 6.4 | Sərvət | pulsuz MasterCard plastik kartı
əmanətin məbləğinin 90%-i həcmində təcili kredit xətti, “SMS Məlumatlandırma” xidməti |
TuranBank | 100 USD | 6.5 | 7 | Sandıqça | |
TuranBank | 100 USD | 7 | 7.5 | Qızıl küpə | |
TuranBank | 100 USD | 8 | 8.5 | Xəzinə | |
Nikoil Bank | 100 USD | 7.5 | 8 | Sabit | Müştərilərə əmanətlərini sığortalanmış faiz dərəcəsi ilə (illik 3%) yerləşdirmək imkanı verilir. |
Bank Standard | 500 USD | 4,5 | 5 | Standard | 12 ay müddətinə açılmış (USD) depoziti ilk 6 ay ərzində artırmaq imkanı |
MuğanBank | 1000 USD | 3 | 6 | Meqa əmanəti | Müştəri banka gəlmədən faizləri plastik kart vasitəsilə ala bilər. |
ExpressBank | 500 USD | 7 | 8 | Klassik əmanət | Bank kartı hədiyyə
Əmanət faizi ilə eyni faizdə kredit götürmək imkanı |
DəmirBank | 100 USD | 7 | 7 | Göy | Bank kartı hədiyyə
əmanətin məbləğinin 80%-i həcmində kredit xətti, 10 aprel 2016-cı il və 10 may 2016-cı il tarixlərində ABŞ dolları valyutası ilə yerləşdirilən “Göy” əmanət növü üzrə müddətdən asılı olaraq yatırılan əmanət məbləğinin 2%-dək hissəsi hədiyyə olaraq plastik kartda müştəriyə verilir |
Bank BTB | 100 USD | 5 | 6 | Müddətli əmanət | əmanətin məbləğinin 80%-i həcmində kredit xətti, |
BeynəlxalqBank | 500 USD | 2 | 2.25 | Əmanət | Məbləğ 5000 dollardan yuxarı olduqda bank kartı hədiyyə edilir. |
AG Bank | 100 USD | 1 | 1 | Müddətli | depozitin məbləğindən asılı olaraq pulsuz kart hədiyyə edilir |
Rabitəbank | 200 USD | 3 | 4 | Universal | Bank kartı hədiyyə
əmanətin məbləğinin 90%-i həcmində kredit xətti, |
AFB Bank | 1000 USD | 3 | Əmanətlər | Faizlər hər ayın sonu kart hesabına köçürülür | |
Para Bank | 500 USD | 5 | 6 | İmkanlarımız sərhədsizdir! | visa kartı hədiyyə
əmanətin məbləğinin 70%-i həcmində kredit xətti, Məbləğindən və valütasından asılı olmayaraq bütün əmanətlərə əlavə olaraq 2% bonus verilir |
Yapı Kredi Bank Azərbaycan | 250 USD | 2.5 | 2.5 | Standart qazanc | |
Yapı Kredi Bank Azərbaycan | 250 USD | 2 | 2 | Dövri Qazanc | |
AccessBank | 50 USD | 2.5 | 3 | Müddətli əmanət | Faizlər hər ay götürülərsə bank kartı hədiyyə edilir |
Unibank | 500 USD | 6 | 6.2 | Müddətli əmanət | Bank kartı hədiyyə
Depozit məbləğinin 80% həcmində (illik faiz dərəcəsi – açdığınız depozit üzrə faiz dərəcəsi + 5%) |
Bank VTB | 100USD | 3.7 | 4 | “Sərfəli” əmanəti | Pulsuz depozitt plastik kartlar verilir o şərtlə ki, hesablanmış faizlər hər ay karta köçürülür;
Pulsuz SMS-xəbərdarlıq xidməti təqdim olunur |
Kapital Bank | 100 USD | 3 | 4 | Kapital əmanəti | Bank kartı hədiyyə
Nağdkreditvə yakartlakreditxəttiilə verilir. Faizlər əmanətfaizi +5% təşkiledir |
Bank Respublika | – | 2 | 2.5 | Müddətli Əmanət | əmanətin məbləğinin 90%-i həcmində kredit xətti, |
Bank of Baku | 100 USD | 6 | 6 | Dinamik əmanəti | əmanətin məbləğinin 80%-i həcmində kredit xətti,
Faizlər əmanət faizi +3% təşkil edir |
ASB Bank | – | 1 | 1 | Əmanət | |
Azər-Türk Bank | 500 USD | 2,5 | 3 | “Klassik” əmanəti | əmanətin məbləğinin 90%-i həcmində kredit xətti, |
Azər-Türk Bank | 500 USD | 2 | 2,5 | “Standart” əmanəti | əmanətin məbləğinin 90%-i həcmində kredit xətti, |
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]