
DəmirBank Qafqaz Universiteti ilə çoxtərəfli əməkdaşlığa başladı
ECONOMİC.AZ: DəmirBank gənclərimizin gələcəkdə uğurlu karyera qurması, peşəkar sferada inkişaf yönümlü fəaliyyətinə uyğun olaraq təhsil və təcrübə almalarına daim dəstək göstərir. Bu sahədə DəmirBankın həyata keçirdiyi növbəti uğurlu addım Qafqaz Universiteti ilə imzalanmış əməkdaşlıq sazişi olmuşdur.
Ali təhsil müəssisəsi ilə DəmirBank arasında ikitərəfli münasibətləri genişləndirmək məqsədilə görüş keçirilmişdir. Görüş zamanı Universitetin tələbə və məzunlarının Bankda təcrübə keçmə və iş imkanları, Bank ilə Universitet arasında əlaqələrin inkişafı istiqamətləri müzakirə olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç korporativ sektorla münasibətlərin gücləndirilməsinin məzunların əmək bazarında layiqli mövqe tutmasına təkan verəcəyini bildirmişdir.
Daha sonra görüş DəmirBankın İdarə Heyətinin sədri Fərid Abuşovun çıxışı ilə davam etmişdir. Çıxış zamanı F.Abuşov iki tərəf arasında imzalanmış razılaşmanı gənclərimiz üçün təhsil-təcrübə körpüsünün yaradılması üçün ciddi bir addım kimi dəyərləndirmiş, Bankın korporativ sosial məsuliyyətindən irəli gələn bu əməkdaşlığın gənclərimizin inkişafına, onların Bank sektorunda uğurlu karyera qurmalarına başlanğıc verəcəyinə əminliyini bildirmişdir.
Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramlarının təsis edilməsi, “DəmirBank günləri”nin təşkil olunması və gənclərimizin karyera qurmalarına dəstək layihələrinin həyata keçirilməsi kimi müxtəlif tədbirlər nəzərdə tutulmuşdur.
Saziş imzalandıqdan sonra Qafqaz Universitetinin rektoru A. Sanıç DəmirBank ASC-nin İdarə Heyətinin sədri F.Abuşov və onun başçılıq etdiyi nümayəndə heyətini universitetdəki yeniliklər, tələbələrin yüksək səviyyədə təhsil almaları üçün son texnologiya ilə təmin edilmiş otaqlar və avadanlıqlarla tanış etmişdir.
Razılaşma nəticəsində Qafqaz Universitetinin fəal tələbələri DəmirBankda aidiyyatı sahələr üzrə təcrübə keçməklə müvəffəqiyyətli karyera üçün lazım olacaq fərdi və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Bu əməkdaşlıq seçilmiş tələbələrə öyrəndiklərini iş yerində tətbiq etmək imkanı verərək onlara gələcək karyera yollarında düzgün istiqamət götürmək və böyük nailiyyətlər qazanmaq üçün özül yaradır.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]