Çindən Azərbaycana məişətdə istifadə olunan 50 ədəd nəqliyyat vasitəsi gətirilib (FOTO) - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çindən Azərbaycana məişətdə istifadə olunan 50 ədəd nəqliyyat vasitəsi gətirilib (FOTO)

Çin Xalq Respublikasından Azərbaycana məişətdə istifadə olunan 50 ədəd nəqliyyat vasitəsi gətirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində, Çin Xalq Respublikası Hökuməti tərəfindən ayrılmış texniki yardım hesabına, Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətitilib.

Onların arasında məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələri daxildir. Nəqliyyat vasitələri “China Civil Engneering Construction Corporation” şirkətinin istehsalıdır.

Bu gün Çin Xalq Respublikasından Azərbaycana gətirilmiş nəqliyyat vasitələrinə Biləcəri stansiyasında baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azəravtoyol” Dövlət Şirkətinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanla Çin arasında qarşılıqlı əlaqələrin inkişaf etməsindən məmnun qaldıqlarını bildiriblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top