
Bonuslarınızı“DəmirBank”-ın plastik kartına dəyişin
Müştərilərini mütəmadi olaraq müxtəlif kampaniyalarla sevindirən DəmirBank Hesab.az ödəniş portalının istifadəçilərinə etdikləri ödənişlərə görə topladıqları bonusları Bankın Visa Electron plastik kartına dəyişmək imkanını verir.
Kampaniyanın şərtlərinə görə, Hesab.az istifadəçiləri saytın “Dərhal Dəyiş” bölməsinə daxil olmaqla 30 000 bonus müqabilində DəmirBankın Visa Electron debet kartını əldə edə bilərlər. Kart bir illik verilir. Həmçinin, Hesab.az saytında DəmirBank kartları ilə ödəniş edən bütün istifadəçilər iki qat bonus qazanır.
“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində yerləşən ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan ödənişini həyata keçirmək mümkündür.
Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]