Ümumi uzunluğu 800, ortalama eni 5 metr olan sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol əsasının və küçənin profilə salınması işləri görülür.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN..