
Hava limanının tikintisində yerli materiallardan istifadə olunur
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə intensiv reinteqrasiya tədbirləri həyata keçirilir, şəhər və kəndlər yeni görkəmdə bərpa edilir, müasir sosial-iqtisadi infrastruktur layihələrİ reallaşdırılır. Bütün bunlar isə, biznesin genişlənməsinə və inkişafına əlverişli şərait yaradır.
Yerli istehsalçıların cəlb edilməsi ilə iqtisadi dəyərin yaradılması və sənaye sektorlarının inkişafına dəstək göstərilməsi bu sahədə əsas prioritetlərdəndir.
Bu istiqamətdə görülən işlərə nümunə olaraq Zəngilan Beynəlxalq Hava Limanının tikintisində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Archi Glass” MMC-nin istehsal etdiyi multifunksional (LOWE) şüşə paketlərdən istifadə edilməsini göstərmək olar. Belə ki, “Archi Glass” MMC sifarişçiyə 3800 kvadrat metr həcmində emal olunmuş şüşə paketlərin göndərilməsini təmin edib. Məhsulların hazırlanmasında xammal kimi Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti – “Azerfloat” QSC-nin istehsalı olan 5 millimetrlik şüşə vərəqələrdən də istifadə olunub.
Azad edilmiş ərazilərimizdə iqtisadi fəaliyyətin əlverişli biznes mühitinə əsaslanmaqla canlandırılması, həyata keçirilən layihələrdə yerli şirkətlərin iştirakına önəm verilməsi istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına, ümumilikdə iqtisadi artıma əlavə stimul yaradır.
BƏNZƏR MƏQALƏLƏR
-
Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsinin təmirinə başlanılıb
Vətəndaşların gediş-gəlişi təmin etmək məqsədi ilə 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonunun Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsinin […]
-
Fətəli xan Xoyski prospektində aparılan təmir işləri yekunlaşdırılıb VİDEO/FOTO
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Fətəli xan Xoyski prospektində […]
-
Abşeron küçəsində təmir işləri davam edir VİDEO/FOTO
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində […]