
Beynəlxalq Bank və “Bank Standard” birləşmir
Azərbaycan Beynəlxalq Bankı (ABB) “Bank Standard” ilə birləşməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
ABB-nin mətbuat katibi Yadigar Cəfərli bu məlumatı təkzib edib. O, Azərbaycan Beynəlxalq Bankı və “Bank Standard”ın birləşməsi ilə bağlı hər hansı danışıqların aparılmadığını bildirib.
Qeyd edək ki, dünən bank bazarındakı mənbəyə istinadən bu iki bankın birləşməsi istiqamətində danışıqların aparılması, hələlik heç bir razılaşmanın əldə olunmaması, lakin birləşmə məsələsinin aprelin sonunadək həll olunacağı barədə xəbər yayılmışdı.
trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]