
Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda satış yarmarkasında olub
Bu gün baş nazirin müavini Əli Əhmədov Sumqayıt şəhərində şənbə, bazar və bayram günlərində keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasına baş çəkib.
Baş nazirin müavini satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə tanış olub.
Baş nazirin müavini əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi məqsədilə yarmarkada məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, gigiyenik qaydalara ciddi riayət olunması, qiymətlərin ənənəvi bazar və marketlərdən aşağı səviyyədə saxlanması ilə bağlı yarmarkanın təşkilatçılarına tövsiyələrini bildirib.
Ə. Əhmədov qarşıdan gələn Ramazan bayramı günlərində, həm də digər yarmarka günlərində satışa çıxarılan məhsulların həm keyfiyyətinə, həm qoyulan qiymətlərə ciddi riayət edilməsi, süni qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verib.
Apa.Az
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]