
BANM-də ” SOCAR Polymer” layihəsinin təqdimatı keçirilmişdir
Bakı Ali Neft Məktəbi və “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Economic-ə verilən məlumata görə, Tədbirdə “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov, Cəmiyyətin nümayəndələri, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. BANM-in rektoru Elmar Qasımov “SOCAR Polymer” layihəsinin həyata keçirilməsindən qürur duyduğunu bildirmiş, bu layihənin ölkəmizin gələcəyinin, iqtisadiyyatımızın, qeyri-neft sektorunun və sənayenin inkişafı kimi qiymətləndirmişdir. O, “SOCAR Polymer” zavodunun tikilməsi prosesində yeni mühəndis kadrlara tələbatın artacağını qeyd edərək burada BANM tələbələri üçün geniş iş imkanlarının yaranacağını diqqətə çatdırmışdır. BANM və Cəmiyyət arasında qurulan əməkdaşlığın “Kimya mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasına böyük təkan verəcəyi vurğulanmışdır.
“SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM ilə əməkdaşlıq qurmaqdan şad olduğunu qeyd etmiş, bu əməkdaşlığın BANM-də “Kimya mühəndisliyi” ixtisası üzrə müasir tədris proqramı əsasında mühəndis kadrların hazırlanmasına, “Kimya mühəndisliyi” ixtisası üzrə tədris və tədqiqat mərkəzinin yaradılmasına və digər istiqamətlərdə birgə işlərin həyata keçirilməsinə imkanlar yaradacağını bildirmişdir. Sonra F.Cəfərov “SOCAR Polymer” tikinti layihəsi haqqında geniş təqdimatla çıxış etmişdir.
Sonda BANM və “SOCAR Polymer” MMC arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Razılaşmaya əsasən, tərəflər arasında Cəmiyyətin aparıcı mütəxəssislərinin BANM-də mütəxəssis hazırlığı proqramları çərçivəsində tədrisə müəllim kimi cəlb olunması, tələbələrin Cəmiyyətin tabeliyində olan obyektlərə səfərlərinin təşkili və strukturlarında istehsalat təcrübəsi keçməsi, kimya texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş seminarların və konfransların birgə təşkili və digər məsələlər barədə razılıq əldə edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]