“Bank Standard”ın ipoteka portfeli “Muğanbank”a ötürülüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Bank Standard”ın ipoteka portfeli “Muğanbank”a ötürülüb

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin ipoteka portfeli “Muğanbank” ASC-yə ötürülüb.

Məlumata görə, bunun üçün oktyabrın 3-də “Azərbaycan İpoteka Fondu” ASC (AİF) ilə “Muğanbank” arasında imzalanmış 20 dekabr 2006-cı il tarixli xidmət müqaviləsinə əlavələr edilib.

Son nəticədə “Muğanbank”ın ipoteka portfeli 2 dəfə böyüyüb. Hazırda Bank 2 minə yaxın ipoteka krediti götürmüş müştəriyə xidmət göstərir və AİF-in müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə liderdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top