
“Bank Standard”: Baş verənlər müvəqqəti xarakter daşıyır
“Bank Standard” QSC-də restrukturizasiya tədbirləri həyata keçirilir. Tədbirlər bankın bəzi maliyyə göstəricilərinin banklar üçün müəyyən edilmiş normativlərə uyğunlaşdırılması məqsədilə aparılır. Hazırda bəzi şayiələr nəticəsində böyük ölçülü əmanətlərin vaxtından əvvəl geri götürülməsinə dair müştəri müraciətlərinin böyük əksəriyyəti bu tədbirlərin aparıldığı vaxtla üst-üstə düşüb.
Economic.az, Marja-ya istinadən bildirir ki, bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hadisələr üst-üstə düşdüyündən əmanətlərin hissələrlə ödənilməsi zərurəti yaranıb. “Sözsüz ki, baş verənlər müştərilər arasında narahatlıq doğurub. Müştərilər arasında yaranmış narahatlığın aradan qaldırılması üçün biz onlarla fərdi qaydada görüşlər keçiririk, baş verənlərin təfərrüatlarını izah edirik. Bir bank olaraq müştərilər arasında yaranan narahatlığı anlayışla qarşılayır, baş verənlərin müvəqqəti xarakter daşıdığını bildiririk. Digər bank əməliyyatlarına gəlincə, onların hamısı həm adi qaydada aparılır”, – deyə açıqlamada qeyd edilir.
Açıqlamada o da bildirilir ki, mövcud durumda bütün bazar iştirakçılar kimi, “Bank Standard” də müştərilərə təklif etdiyi kreditlərin məhsullarının çeşidini daraldıb: “Bu, o demək deyil ki, biz kreditləşməni dayandırmışıq. Sadəcə olaraq, bu proses bir qədər başqa formatda davam edir”.
Mənbə: APA
BƏNZƏR MƏQALƏLƏR
-
“Moody’s” agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqlərini təsdiq edib. […]
-
Kapital Bank qalib tələbələri mükafatlandırdı
Kapital Bank qalib tələbələri mükafatlandırdı Xəbər verdiyimiz kimi, təhsilin və gənclərin karyera inkişafına böyük önəm […]
-
Kapital Bank II Milli Yaylaq Festivalında iştirak edib
Kapital Bank II Milli Yaylaq Festivalında iştirak edib Kapital Bank 29-31 iyul 2022-ci il […]