“Bank Respublika” “Mobil Şöbə” xidmətini təqdim edir
“Bank Respublika” “Mobil Şöbə” xidmətini təqdim edir.
“Mobil Şöbə” xarici görünüşü və funksionallığı tamamilə yenilənmiş mobil əlavədir. Yeni xidmətin yaradılmasında məqsəd müştərilərə bank məhsullarının daha sərbəst və rahat şəkildə idarə edə bilməsi şəraitini təmin etməkdir. Hazırda ilkin versiyanın istifadəyə verilməsinə baxmayaraq, müştərilər üçün bir sıra yeni funksiyalar mövcuddur. “Yaxın zamanda daha bir neçə yeniliklərin istifadəyə verilməsi ilə “Mobil Şöbə” imkanlarını genişləndirəcək”, – deyə bankın idarə heyəti sədrinin müavini Aslan Abasov bildirib.
“Mobil Şöbə” kartın balansı haqqında məlumat və çıxarış, bank hesablarında qalıqlar, mövcud kreditlər və ödəniş qrafikləri haqqında məlumat, əmanətlər haqqında ətraflı hesabat xidmətlərini özündə birləşdirir. Yeniliklərdən biri şəxsi ödəniş şablonlarının yaradılması imkanıdır ki, bu şablonları gələcəkdə məlumatların doldurulmasına artıq vaxt sərf etmədən istifadə etmək olar.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]