
Bank of Baku-dan əmanətlərinizə illik 14% gəlir!
Əmanətçilərinin istək və ehtiyacını nəzərə alaraq, Bank of Baku onlara yerləşdirdikləri vəsait üzrə daha sərfəli şərtlərlə və yüksək faizlə gəlir əldə etmələrinə imkan yaradır.
Belə ki, 19 oktyabr 2016-ci il tarixindən etibarən, bankın “Dinamik” əmanət məhsulu üzrə “Sevəcəyiniz Əmanət Təklifi” şüarı altında elan etdiyi yeni kampaniyaya əsasən indi müştərilər 12 aya illik 14% gəlir götürəcəklər. AZN valyutasında yerləşdirilən əmanətlərə şamil olunan bu kampaniya 02 noyabr 2016-ci il tarixinədək keçərlidir.
Əmanət hesabının açılması üçün tələb olunan ilkin mədaxil 100 AZN təşkil edən bu məhsul üzrə müştərilər əmanətlərini 6 aydan 24 ayadək müddətə yerləşdirə və faiz gəlirlərini həm hər ayın, həm də müddətin sonunda götürə bilərlər. Yerləşdirdikləri əmanət məbləği 1000 AZN/USD/EUR və ya daha çox olarsa, müştərilərə Visa Classic kartı, 12 ay müddətinə olarsa isə Visa Gold kartı PULSUZ olaraq hədiyyə olunacaq.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun üzvü olan Bank of Baku-da manatla yerləşdirilən 15%-dək qorunan bütün əmanətlər tam sığortalanır.
Bank of Baku-nun “Dinamik” və digər əmanət məhsulları haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və ya rəsmi internət ünvanı http://www.bankofbaku.com/ və Facebook səhifəsinəhttps://www.facebook.com/bankofbaku daxil olmaqla tanış ola bilərsiniz.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]