
“Bank BTB” müştərilərə fərdi bank seyfləri xidmətini təklif edir
“Bank BTB” müştərilər üçün faydalı və sərfəli xidmətlər təqdim etməkdə davam edir. Qəbul olunmuş strategiyanın əsas meyarları kimi müştərilərə təqdim edilən xidmət dairəsinin genişləndirilməsinə üstünlük verməkdir.
Bura şəffaf müştəri bazasının artımı, “müştəri ilə böyümə” prinsipi və loyal müştəri portfelinin formalaşması da daxildir. Yeni xidmət olaraq müştərilərə sənədlərin, qiymətli kağızların, zinət əşyalarının və sair qiymətlilərin etibarlı mühafizə vasitəsi olan fərdi bank seyfləri təklif edilir. “Bank BTB” fərdi bank seyflərinin tam məxfiliyini, toxunulmazlığını təmin edir və bütün seyflərin keyfiyyəti üzrə məsuliyyət daşıyır.
Müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri “Bank BTB”nin baş ofisində Y. Səfərov küç., 27 ünvanında yerləşir. Təklif etdiyimiz seyflərin icarə müddəti minimum 1 ay, maksimum 2 ildir. Tətbiq olunan “iki açar prinsipi (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliklik təmin edir. Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz. Fərdi bank seyflərinin güzəştli icarə tarifləri aşağıda cədvəldə qeyd olunur və 04.07.2016 tarixinə kimi güvədədir:
100 mm x 326 mm x 420 mm |
1 aylıq |
20man(ƏDV daxil) |
200 mm x 326 mm x 420 mm |
1 aylıq |
30man(ƏDV daxil) |
400 mm x 326 mm x 420 mm |
1 aylıq |
40man(ƏDV daxil) |
600 mm x 326 mm x 420 mm |
1 aylıq |
50man(ƏDV daxil) |
Qeyd edək ki, bank xidmətləri haqqında məlumat mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]