
“Bank BTB” “ExpressPay” ödəmə terminallarına qoşulub
“Bank BTB” müştərilərə rahat və çevik xidmət göstərmək üçün “ExpressPay” ödəniş terminallarına qoşulub.
Terminallar vasitəsilə “Bank BTB”də olan kreditlərin ödənilməsi, depozitlərin, kart və cari hesabların artırılması, həmçinin kommunal ödənişlər, cərimələr, rüsumlar və s. ödənişlərin həyata keçirilməsi mümkündür.
Hazırda “ExpressPay” şəbəkəsi 600 ödəniş terminalından ibarətdir. Terminallar əsasən Bakı şəhərində olmaqla ölkənin 50 regionunda müştərilərin istifadəsi üçün əlverişli yerlərdə quraşdırılıb.
“Bank BTB”nin xidmət və məhsulları haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzindən,www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında yerləşən Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]