
Bakılıların qəzalı mənzillərdən canları qurtaracaq – PREZİDENTDƏN AÇIQLAMA
“Ümumiyyətlə, inşaat sektorunun canlandırılması üçün biz çox ciddi işləməliyik. Bakı şəhərində qəzalı vəziyyətdə binalar kifayət qədər çoxdur”.
Bunu Aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev deyib.
Prezident çıxışına belə davam edib:
“İndi pilot layihələri icra edilir. Birinci layihə Sabunçu rayonunda icra edilməyə başlanmışdır. Vətəndaşlar da bundan çox razıdırlar. Onlar müvəqqəti olaraq başqa yerlərə yerləşdirilirlər. O evlər sökülür, onların yerində gözəl, müasir binalar tikilir. Onlara köhnəlmiş, qəza vəziyyətində olan mənzillərdən canlarını qurtarmaq üçün imkan verilir. Onlar yeni evlərdə, mənzillərdə yaşayacaqlar. Orada onların yaşayış sahəsi daha da geniş olacaq və iqtisadi cəhətdən bu, çox əhəmiyyətlidir. Amma ilk növbədə biz bunu sosial layihə kimi icra etməyə başlamışıq. İndi bu proses digər rayonlarda, Qaradağ rayonunda, hər bir rayonda başlanıbdır. Bakının hər bir rayonunda qəzalı vəziyyətdə olan binalar var. Onlar əlbəttə ki, sökülməlidir və orada yaşayan insanlar ya dövlət, ya da özəl sektor tərəfindən daha yaxşı evlərlə təmin edilməlidirlər. Burada həm dövlət, həm özəl sektor birgə işləyə bilər. Buna nail olmaq üçün sadəcə şərait yaradılmalıdır və yaradılır. Hesab edirəm ki, bu il bu proses çox kütləvi xarakter alacaq. Sosial mənzillərin tikintisi, eyni zamanda, qəzalı vəziyyətdəki bu evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcəkdir”. marja.az
BƏNZƏR MƏQALƏLƏR
-
Hava limanının tikintisində yerli materiallardan istifadə olunur
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə intensiv reinteqrasiya tədbirləri həyata keçirilir, şəhər və kəndlər […]
-
Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsinin təmirinə başlanılıb
Vətəndaşların gediş-gəlişi təmin etmək məqsədi ilə 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonunun Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsinin […]
-
Fətəli xan Xoyski prospektində aparılan təmir işləri yekunlaşdırılıb VİDEO/FOTO
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Fətəli xan Xoyski prospektində […]