Bakıdan Monteneqroya çarter aviareysləri həyata keçiriləcək
İyunun 21-dən Bakıdan Monteneqronun Tivat kurort şəhərinə çarter aviareysləri həyata keçiriləcək.
Bu barədə Monteneqronun Azərbaycandakı fəxri konsulluğundan AZƏRTAC-a bildirilib.
“Montenegro Airlines” aviaşirkəti tərəfindən həyata keçirilən Tivat-Bakı-Tivat çarter aviareysləri yay mövsümü ilə əlaqədar olaraq açılır və sentyabr ayında başa çatacaq.
Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları təşkil olunacaq. Çarter reyslərini həyata keçirəcək təyyarə yerli vaxtla Bakıdan saat 13:00-da qalxacaq, 14:55-də Tivata çatacaq. Tivatdan isə təyyarə yerli vaxtla saat 06:30-da yola düşəcək, 12:20-də Bakıya çatacaq.
AZƏRTAC
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]
-
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin layihəsi davam edir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş […]