
Bakı, Ankara və Tbilisi neft və qaz kəmərlərinin təhlükəsizliyini birgə təmin edəcək
Azərbaycan, Türkiyə və Gürcüstan neft və qaz kəmərlərinin təhlükəsizliyinin birgə təmin edilməsi barədə razılıq əldə edib.
Bu barədə bazar günü Qəbələdə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz məlumat verib.
“Üç ölkənin nazirləri neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə ediblər və bununla bağlı razılıq əldə olunub”, — deyə Yılmaz üç ölkənin müdafiə nazirlərinin Qəbələdə keçirilən görüşündən sonrakı mətbuat konfransında bildirib.
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin dördüncü üçtərəfli görüşü nazir Zakir Həsənovun dəvəti ilə Qəbələdə keçirilib. report.az
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]