Bağlanan 10 bankın əmanətçilərinə 407 mln. manat kompensasiya ödənilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bağlanan 10 bankın əmanətçilərinə 407 mln. manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 17 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə50 milyon 974 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  17 milyon 979 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 miyon 623 min manatdan artıq kompensasiya ödənilmişdir.

17 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 902 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 846 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 15 milyon 748 min manatdan artıq kompensasiya ödənilmişdir.

17 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 977 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 038 min manatdan artıq kompensasiya ödənilmişdir.

17 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 141 milyon 430 min manat artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 406 milyon 839 min manatdan artıq kompensasiya ödənilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top