
“Azneft” İB-də gənc mütəxəssislər üçün seminar keçirilmişdir
“Azneft” İstehsalat Birliyində “Gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi Proqramı” çərçivəsində növbəti seminar keçirilmişdir.Hazırda ölkəmizdə yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmış, bunun üçün lazımi şəraitin yaradıldığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, cari ilin əvvəlindən start götürmüş Proqram silsilə seminarlar vasitəsilə həyata keçirilir və İstehsalat Birliyində çalışan gənc mütəxəssislərə müasir idarəetmə üsullarını öyrətməklə yanaşı, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərir. “Azneft” İB-də savadlı, mütəşəkkil iş keyfiyyətlərinə, müasir potensiala malik gənclərin irəli çəkilməsi daim diqqət mərkəzindədir. Gənclərə potensial imkanlarını realizə edə bilmələri üçün imkanlar yaradılır.
Seminarda “Azərbaycanın quru-dəniz sahələri üzrə axtarış-kəşfiyyat işlərinin istiqamətləri”, “Quyularda izolə işləri” və “Quyularda qəzaların ləğv edilməsi üçün işlənmiş yeni texnika, texnologiyalar və perspektiv istiqamətlər” mövzularında mühazirələr dinlənilmişdir. Sonda gənc mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılmış, geniş fikir mübadiləsi aparılmışdır.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]