
Azərbaycanın 2 bankı çətin vəziyyətdə
Devalvasiyalardan sonra verilən kreditlərin azalması, üstəlik problemli kreditlərin artması bankların çətin vəziyyətə düşməsinə səbəb olur.
Mətbuata sızan məlumatlara görə, “Zaminbank” və “Bank Standard”da vəziyyət daha pisdir.
“Marja” xəbər verir ki, iddialara görə, “Zaminbank” bir müddətdir işçilərinin əmək haqlarını verə bilmir.
Həmçinin “Zaminbank” təxminən 1 aydır ki, bankomatlarını pulla təmin edə bilmir. Məlumata görə, buna səbəb bankın nağd pul çatışmazlığı ilə üzləşməsidir.
Buna görə də, “Zaminbank” rəhbərliyi bankomatlara pul qoyulmamasına, müştərilərin kart hesablarındakı vəsaitlərin yalnız bankın filiallarında məhdud şəkildə nağdlaşdırılmasına qərar verib.
“Bank Standard” QSC-nin maliyyə vəziyyətinin kəskin pisləşdiyi barədə xəbərlər gəlir.
“Marja”ya verilən məlumata görə, əmanət müqavilələrinin müddəti bitmiş əmanətçilər Bankdan pullarını geri ala bilmirlər.
“İki ay əvvəl əmanət müqaviləsinin müddəti bitib. Bank bildirir ki, kassada pul yoxdur. “Bank Standard” ödəmə qabiliyyətini itirib”, – adının açıqlanmasını istəməyən mənbə “Marja”ya bildirib.
“ZAMİN BANK”: ƏMƏKHAQLARININ ÖDƏNİLMƏSİNDƏ PROBLEM YOXDUR
“Zamin Bank” ASC-nin işçilərə əməkhaqlarını ödəyə bilmədiyi barədə səsləndirilən fikirlər yanlışdır.
Bunu “Marja”ya açıqlamasında Bankın İdarə Heyətinin sədr müavini Orxan Quliyev bildirib.
“Bankımızda əməkhaqlarının ödənilməsi ilə bağlı heç bir problem yoxdur. Belə məlumatlar tamamilə əsassızdır. Müştərilərimizi narahat edə biləcək bu cür məlumatların yayılmasını pisləyirik”.
Orxan Quliyev bildirib ki, bank sektorunda yaranmış bəzi çətinliklər “Zaminbank”da da mövcudur:
“Ajiotaj ilə bağlı olaraq əhali banklardan əmanətlərini vaxtından əvvəl çıxartmağa başladı. Bununla əlaqədar olaraq bankımızda nağd vəsit çatışmazlığı yaranıb. Mərkəzi Bankın normativlərinə uyğun olaraq, bankımız əmanətçilərə pullarını hissə-hissə geri ödəyir. Bankımızdan əmanətini almayan müştəri yoxdur”.
marja.az
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]