
Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılır
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclası keçirilib.
Iclasın gündəliyinə maliyyə bazarlarının mövcud vəziyyəti, gələcəkdə yarana biləcək təhdidlər və bank sektorunun maliyyə dayanıqlığı, eləcə də yaxın və orta perspektivdə atılacaq addımlar daxil edilib.
İclasın davamında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xarici valyutada verilən istehlak kreditlərinə dair tətbiq edilmiş məhdudiyyətlə bağlı bazarın təhlili müzakirə edilib, makroprudensial siyasət çərçivəsinin müəyyən edilməsi istiqamətində tapşırıqlar verilib.
Sonda maliyyə sistemində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə məşvərətçi orqan olaraq Maliyyə Sabitliyi Şurasının yaradılması ilə bağlı görülmüş işlər müzakirə edilib və gələcək tədbirlərə dair qərar qəbul edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]