Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

qiymət artımı

Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur

Azərbaycanda bu məhsullarda qiymət artımı müşahidə olunur

Marketlərdə ərzaq məhsulları ilə yanaşı qeyri-qida məhsullarında da qiymət artımı müşahidə olunur.

Satıcıların sözlərinə görə, gündəlik istifadə olunan şəxsi gigiyena vasitələri kəskin bahalaşıb. Vətəndaşlar da qiymət artımının olduğunu təsdiqləyirlər.

İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, sözügedən məhsulların qiyməti təkcə Azərbaycanda yox, Avropada da qalxıb. Ekspert hesab edir ki, həmin məhsulların əksəriyyəti xaricdən idxal olunduğu üçün bahalaşma ölkəmizdən də yan keçmir.

Dövlət Statistika Komitəsinin yaydığı son rəqəmlər də Azərbaycanda qeyri-ərzaq məhsullarının bahalaşdığını təsdiq edir. Belə ki, cari ilin yanvar-may aylarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıb. Məlumata görə, şəxsi-gigiyena məhsulları arasında daha çox bahalaşma toz şəklində olan sintetik yuyucu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top