
Azərbaycanda istehlak kreditləşməsi 14% azalıb
Bu il mayın 1-nə əsasən Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi 7 185,4 mln. manat təşkil edib.
Bu istiqamətdə kreditləşmə aylıq müqayisədə 397,8 mln. və ya 5,25%, ötən ilin müvafiq dövrünə nisbətən 1 012,3 mln. manat və ya 12,4%, ilin əvvəlindən isə 1 199,2 mln. manat və ya 14,3% azalıb.
Hesabata əsasən, kreditlərin 1 570,3 mln. manatı ipoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına yönəlib. Bu kreditlərin həcmi əvvəlki ayla müqayisədə 2,36% və ya 36,2 mln. manat, ilin əvvəlindən 27,9 mln. manat və ya 1,81% artıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən 232,3 mln. manat və ya 17,36% artıb.
Qeyd edək ki, ev təsərrüfatlarına kreditlərin ölkə iqtisadiyyatına qoyulan kreditlərdə xüsusi çəkisi 38,3% təşkil edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]