Azərbaycanda dollarlaşma səviyyəsi aşağı düşüb - RƏSMİ - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda dollarlaşma səviyyəsi aşağı düşüb – RƏSMİ

Fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 81%-ə enib.

Bu ilin ilk rübündə Azərbaycanda dollarlaşma səviyyəsi aşağı düşüb.

Economic.Az xəbər verir ki, Mərkəzi Bankdan Report-a verilən məlumata görə, ölkədə xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 59,2% olduğu halda, I rübün yekunu üzrə 56,7% təşkil edib.

Mərkəzi Bankdan bildirilib ki, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 76,4% təşkil etdiyi halda, I rübün sonuna 74,9% olub.

Bundan başqa, I rübdə fiziki şəxslərin manatla əmanətləri ilin əvvəli ilə müqayisədə 6,4% artdığı halda, xarici valyutada əmanətləri 20,8% azalıb. Fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 81%-ə enib.

Economic.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top