Azərbaycanda Beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri keçirildi! FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda Beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri keçirildi! FOTO

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq qida sənayesi və X Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına məlumat verdi ki, XXII Beynəlxalq qida sənayesi sərgisində 34 ölkədən 313 şirkət təmsil olunur. X dəfə keçirilən Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisinə də dünyada maraq artmaqdadır. Sərgi iştirakçılarının 67 faizi xarici şirkətlərdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycanın “TUNA” şirkəti 1998-ci ildən fəaliyyət göstərir, yumşaq və sərt paketləmə ilə məşğuldur. Şirkətin üstünlüklərindən biri xammalın müəssisənin özündə istehsal olunmasıdır. Burada quraşdırılan avadanlıq hesabına təkrar istehsal da mövcuddur. Gələcəkdə şirkətin məhsullarının Rusiyaya və Qazaxıstana ixracı planlaşdırılır.

Azərsun Holdinqin stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına 1996-cı ildə çay fabrikinin açılışında iştirak edən ümummilli lider Heydər Əliyevin tapşırıq və tövsiyələrinə əsasən “Azərçay” markasının inkişafı və bu brendin dünyada təbliği ilə bağlı görülən işlər barədə məlumat verildi. Qeyd edildi ki, Masallı, Lənkəran və Astara rayonlarında yeni çay plantasiyaları salınıb, çayçılıq sahəsində məhsuldarlıq ildən-ilə daha da artır. Hazırda 50 ölkənin 100-dən çox hava limanında “Azərçay” markası ilə buraxılan məhsullar satılır. Bildirildi ki, bir qrup alim Azərbaycan çayının yeni fermentasiyası üsulunu ixtira edib.

Dövlətimizin başçısına məlumat verildi ki, Kənd Təsərrüfatı Nazirliyi sərginin iştirakçılarına “elektron kənd təsərrüfatı” xidmətlərindən istifadə qaydalarını da nümayiş etdirir. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər fermerlərin reyestrində qeydiyyatdan keçmək, kənd təsərrüfatı texnikasının, cins heyvanların, subsidiyaların alınması üçün onlayn xidmətlər, kənd təsərrüfatı texnikalarının qeydiyyatı, sürücülük vəsiqəsinin alınması və dəyişdirilməsi xidmətlərindən istifadə edə bilər.

Azərbaycanın “Buta Group” şirkəti aqrar sahədə iki şirkətlə təmsil olunur. Prezident İlham Əliyevə məlumat verildi ki, pomidor istehsalı ilə məşğul olan “AzTomato” şirkətinin illik ixrac gücü 1300 tondur. Gələcəkdə bu rəqəmin 3 min tona çatdırılması planlaşdırılır. “İsmayıllı Tərəvəzləri” şirkəti isə intensiv tərəvəzçiliklə məşğuldur. Burada müxtəlif çeşiddə kartof, soğan, kök, çuğundur, kələm istehsal edilir. Müəssisənin hazırda 5 min ton olan ixrac potensialının gələcəkdə 10 min tona çatdırılması planlaşdırılır. Hər iki şirkətdə istehsal olunan məhsullar ərəb ölkələri və Rusiya bazarlarına da çıxarılır.

Sərgidə ilk dəfə iştirak edən şirkətlər arasında “Agropromotion”da var. Belçika şirkəti olan “Agropromotion” Bolqarıstandan Azərbaycana süd məhsulları idxal edir. Şirkət qarşısına Azərbaycan bazarında layiqincə təmsil olunmağı məqsəd qoyub. Azərbaycana Bolqarıstandan idxal olunan pendir növləri yüksək keyfiyyətinə görə seçilir. “Agropromotion” Azərbaycandan başqa bir sıra ölkələrə də Bolqarıstanın süd məhsullarını idxal edir.

Türkiyənin “CANSA” şirkətinin stendi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, bu müəssisə kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə məşğuldur. 1983-cü ildə yaradılan şirkət “Keyfiyyətli məhsul və yüksək xidmət” devizini fəaliyyətində əsas istiqamət kimi götürüb. Sərgidə şirkətin istehsalı olan müxtəlif kənd təsərrüfatı avadanlıqları nümayiş etdirilir. Şirkətin məhsulları dünyanın əksər ölkələrinə ixrac edilir. “CANSA” şirkəti ilk dəfədir sərgiyə qatılıb.

Belarus da builki sərgidə bir neçə şirkətlə təmsil olunur. Onlardan biri Qrodnodakı “Neman” tütün fabrikidir. Bu şirkət 40-dan çox çeşiddə məhsulunu dünya bazarına çıxarır. Müəssisəsinin istehsal gücü illik 20 milyon siqaretə bərabərdir.

Sərgidə öz imkanlarını təqdim edən yerli şirkətlərdən biri də “Kaspi yıldız Azər-türk” müəssisəsidir. Prezident İlham Əliyevə müəssisə barədə məlumat verildi. Bildirildi ki, özəl sektorda 20 ildir uğurla təmsil olunan bu şirkət ölkə iqtisadiyyatının inkişafına töhfələr verib. 2012-ci ildə təsis edilən “Lerik broyler” müəssisəsi artıq ölkənin kənd təsərrüfatı sektorunda kifayət qədər tanınıb. Bu yaxınlarda isə şirkət ölkəmizdə kənd təsərrüfatı texnikasının və avadanlıqlarının istehsalına başlayıb. Sərgidə bu avadanlıqlar geniş şəkildə təqdim olunur.

“AZTEXNİKA” şirkəti sərgidə dördüncü dəfədir iştirak edir. Şirkət “John Deer” brendini Azərbaycana idxal edir. Ümumilikdə, bu brend altında istehsal edilən 20 adda kənd təsərrüfatı texnikası ölkəmizə gətirilir. 2007-ci ildən Azərbaycana idxal edilən bu brendin məhsulları keyfiyyəti və səmərəliliyi ilə seçilir.

Sərgidə iştirak edən müəssisələr arasında Azərbaycanın “Bee Hive” şirkəti də var. Şirkət tərəvəz və meyvə çiçəklərinin istixana və açıq bağlarda təbii tozlandırılması ilə məşğuldur. Dövlətimizin başçısına məlumat verildi ki, müəssisə İsrailin “Bio Bee” şirkətindən xüsusi cins ana arılar alır və onların yetişdirilməsini təmin edir. 2015-ci ildə yaradılan “Bee Hive” gələcəkdə fəaliyyətini genişləndirərək məhsullarını ixrac etməyi nəzərdə tutur.

Sərgidə bir sıra ölkələr milli stendlərini təqdim edirlər. Onlardan biri də İndoneziyadır. Bu ölkə Azərbaycanda müxtəlif sahələrə aid keçirilən sərgilərdə həmişə fəal iştirak edir. Stend İndoneziyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil edilib. İndoneziyadan sərgidə, ümumilikdə, 8 şirkət iştirak edir. Onlar kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edir. İndoneziyanın milli stendində bu ölkənin mətbəxi də iştirakçılara geniş təqdim edilir. İndoneziya dünyanın əsas tropik kənd təsərrüfatı məhsulları istehsalçısıdır.

Azərbaycanda keçirilən bu sərgiyə böyük maraq göstərən ölkələrdən biri də Hollandiyadır. Bu ölkənin Bakı sərgisindəki milli stendində yeddi müxtəlif şirkət təmsil olunub. Prezident İlham Əliyevə məlumat verildi ki, bu şirkətlər istehsalda innovativ texnologiyalardan istifadə etməklə ənənəvi keyfiyyəti qoruyub saxlayır. Buna görə də onların məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var. Hollandiya stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına hədiyyə təqdim edildi.

Sərgidə Gürcüstanın milli stendi də məhsulun çeşidinin çoxluğu və müxtəlifliyi ilə diqqəti cəlb edir. Burada Gürcüstanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları nümayiş etdirilir. Onların arasında mineral sular, təbii şirələr, bal və digər məhsullar var. Kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşan doqquz müxtəlif şirkətin sərgidə nümayiş etdirdiyi məhsullar təbiiliyi və keyfiyyəti ilə seçilir. Gürcüstan artıq Bakı sərgisində ikinci dəfədir ki, milli stendlə təmsil olunur. Stendlə tanışlıq zamanı Prezident İlham Əliyevə hədiyyə təqdim edildi.

“Maschio Gaspardo” şirkətinin məhsulları da sərgidə böyük maraqla qarşılanır. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, 1964-cü ildə yaradılan bu şirkət müxtəlif kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə dünyada məşhurdur. Şirkətin kultivatorları, müxtəlif ölçülü dərmansəpənləri və kotanları yüksək keyfiyyəti ilə fərqlənir. İtaliyada yeddi, həmçinin Avropa, Asiya və ABŞ-da üç istehsal sahəsi və 13 filialı olan şirkət rəqabətədavamlı məhsulları ilə seçilir. Şirkətin məhsulları ətraf mühitin qorunması ilə bağlı nəzərdə tutulan bütün tələblərə cavab verir.

Uzun illərdir kənd təsərrüfatı texnikası istehsal edən “Rostselmash” şirkətinin məhsullarına dünyanın əksər ölkələrində tələbat var. On üç müəssisəni birləşdirən “Rostselmash” Rusiyanın ən iri kombayn istehsalçısıdır. Bu şirkətin məhsullarına ölkəmizdə böyük tələbat var. Hazırda bu istehsalçının məhsulu olan “Niva” kombaynı ölkəmizdə fəaliyyət göstərən fermerlərə təklif edilir. Şirkətin taxılyığan iri “TORUM” kombaynları da sərgidə nümayiş etdirilir.

Diqqətə çatdırıldı ki, Almaniyanın “Horsch” şirkəti sərgidə qarğıdalı, soya, günəbaxan toxumu səpən “Maestro” qoşqusunu təqdim edir. Bu kənd təsərrüfatı texnikası innovativ sistemi özündə birləşdirərək, əkin və toxumsəpmə proseslərində fermerlərə böyük səmərə əldə etməyə geniş imkanlar yaradır.

“Grow Group Azerbaijan” MMC Avropa texnologiyaları ilə təchiz olunan və ən son standartlara cavab verməklə yanaşı, tam avtomatlaşdırılan müasir plastik və şüşə istixana komplekslərinin satışı və quraşdırılması ilə məşğuldur. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, şirkət hollandiyalı tərəfdaşları ilə birgə şüşə örtüklü istixanaların da quraşdırılmasını həyata keçirir.

Amerikanın “John Deer” şirkəti dünyada ən etibarlı istehsalçılardan hesab edilir. Şirkətin fəaliyyətində innovasiyaların tətbiqinə və keyfiyyətə xüsusi diqqət yetirilir. Bu şirkətin məhsulları da sərgidə geniş nümayiş olunur.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin sərgidə nümayiş etdirilən traktorlarına baxdı. Burada müəssisənin istehsalı olan 10 müxtəlif model traktor, otbiçən və kotanlar nümayiş etdirilir. Traktor modellərindən bəziləri ilk dəfə olaraq müəssisə tərəfindən sərgidə təqdim edilir. Onların arasında pambıq əkini və kəskin isti hava şəraitində məhsul yığımı üçün nəzərdə tutulan kondisionerli traktorlar da var. Sərgidə nümayiş olunan traktorların 3-ü xüsusi təyinatlıdır. Onlardan tikinti, kommunal və yol təsərrüfatı sahələrində istifadə edilə bilər.

“Azərtexnika” MMC ölkəmizə Avropa və Türkiyədən kənd təsərrüfatı texnikasını idxal edir. Onların arasında Türkiyə istehsalı olan müxtəlif markalı traktorlar da var. Eyni zamanda, burada heyvandarlıq təsərrüfatlarına aid texnikalar da nümayiş olunur. Şirkətin sərgidə nümayiş etdirilən südsağan aqreqatları və südsoyudan çənləri, buğda, arpa, qarğıdalı, kartof və pambıq toxumu səpən avadanlığı, ağacları dərmanlayan qurğuları, kiçik və iri inkubatorları böyük maraqla qarşılanır.

Prezident İlham Əliyevə ölkəmizdə tərəvəz bitkiləri üzrə toxumçuluq layihəsi barədə də məlumat verildi. Bildirildi ki, layihənin əsas məqsədlərindən biri daxili bazarda güclü tələbat olan, o cümlədən ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan tərəvəz bitkiləri üzrə yüksək məhsuldar toxumlar əldə etməkdir.

Sərgidə kənd təsərrüfatı sahəsində dünya liderlərindən olan Almaniyanın “Claas” brendinin məhsulları da nümayiş olunur. Bu brendin ölkəmizdəki rəsmi nümayəndəsi “Original Motors” şirkətidir. Sərgidə şirkətin nümayiş etdirilən taxıl və qarğıdalı yığan kombaynları, həmçinin traktorları yüksək keyfiyyəti ilə seçilir.

Prezident İlham Əliyev “Şəki-İpək” ASC və “İntertextil” şirkətinin stendlərinə də baxdı. Məlumat verildi ki, təbii ipəkdən müxtəlif məhsullar istehsal edən “Şəki-İpək” ASC fəaliyyətini ildən ilə genişləndirir və məhsulun çeşidini artırır. Şirkətin məhsulları arasında ipək parçalar, kəlağayılar, əllə toxunan Azərbaycan xalçaları diqqəti cəlb edir. “İntertextil” şirkətinin məhsulları da keyfiyyəti ilə seçilir. İllik istehsal gücü 4 min ton pambıq ipliyi olan müəssisə müxtəlif çeşiddə məhsullar buraxır. Burada, eyni zamanda, uniformalar və məktəbli geyimləri də istehsal edilir.

Şəki, Zaqatala və Qaxda istehsal sahələri fəaliyyət göstərən “İntertobacco” müəssisəsi 2006-cı ildə yaradılıb və indiyədək bir sıra iqtisadi uğurlara imza atıb. Şirkət məhsullarını xarici ölkələrə ixrac edir.

Oğuz qarğıdalı emalı məhsulları kompleksi ən müasir texnoloji avadanlıq və yeni istehsal sahələri ilə təchiz edilmiş müəssisədir. Burada istehsal edilən qlükoza, fruktoza, quru nişasta qida sənayesi sektorunda, kəpək, qarğıdalı qırıntısı heyvandarlıq, quşçuluq və balıqçılıqda istifadə edilir.

“CTS-Aqro” MMC-nin stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, 2004-cü ildən fəaliyyət göstərən bu qurum əsasən pambıq istehsalı, onun tədarükü və emalı ilə məşğuldur. MMC üzrə 2016-cı il mövsümündə respublikanın 16 rayonunda 18 min hektar, 2017-ci ildə 25 min hektar, 2018-ci ildə 30 min hektar, 2019-cu ildə 35 min hektar, 2020-ci ildə isə 50 min hektar sahədə pambıq əkini nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilən bu sərgilər artıq yeni məhsul və texnologiyaların təqdimatı üçün nadir platformaya çevrilib.

W1siziisijiwmtyvmduvmjavngvknwsyyze0zf8wmtcuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=ee6976efe48325c1

W1siziisijiwmtyvmduvmjavnnfvmjl1otdsmv8wmtkuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=e91f896591f0a664

W1siziisijiwmtyvmduvmjavnnfvmjl1otdsmv8wmtkuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=e91f896591f0a664

W1siziisijiwmtyvmduvmjavmtq2atn6odc5zl8wmjauanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=11a744f52149bab5

W1siziisijiwmtyvmduvmjavoww3ogrwemvvnl8wmjeuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=11e13d8aad25086a

W1siziisijiwmtyvmduvmjavmzy3bhfqnzy4cv8wmjiuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=5c5eb392556d4488

W1siziisijiwmtyvmduvmjavmw11zmvwzgrhev8wmjmuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=f58bc177753ecb4f

W1siziisijiwmtyvmduvmjavmzqxexnwnnnvdf8wmjquanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=3c5b727ec3f8700d

W1siziisijiwmtyvmduvmjavmxl3a211ngywb18wmjuuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=765fb8cbed42ff27

W1siziisijiwmtyvmduvmjavmtz3a3j4atf6y18wmjyuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=b55bea5df0f35aac

W1siziisijiwmtyvmduvmjavmw0yynlsexeyef8wmjcuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=89050edc192b686f

W1siziisijiwmtyvmduvmjavng9lmws5cgsznv8wmjguanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=d01f6e122a412596

W1siziisijiwmtyvmduvmjavngkznjlyetj1cl8wmjkuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=98a001fbce3830e9

W1siziisijiwmtyvmduvmjavntnmody1bnd2yl8wmzeuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=6b26155807511aeb

W1siziisijiwmtyvmduvmjavnxc5czg2bzdwcf8wmzquanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=029f9e246daa7ab9

W1siziisijiwmtyvmduvmjavnmpzddcyctu0cv8wmzuuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=03fe784651347198

W1siziisijiwmtyvmduvmjavnxh2ahc5eg5xav8wmzcuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=2ba6424cb090f96d

W1siziisijiwmtyvmduvmjavnhu4d2pyeda4z18wmzkuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=0a351bd384ed5823

W1siziisijiwmtyvmduvmjavogz4dw9xdxjhdf8wndauanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=7c98ac622e9f8964

W1siziisijiwmtyvmduvmjavmtdqzmo1bdfydl8wndeuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=fede716aa631f37c

W1siziisijiwmtyvmduvmjavmxfkyws2dm1zc18wndiuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=354fe2c72337669c

W1siziisijiwmtyvmduvmjavnmjtyxvjctkxn18wndmuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=581bb53651785b9d

W1siziisijiwmtyvmduvmjavohj3btlmywdinl8wndquanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=aeea94633497e4ae

W1siziisijiwmtyvmduvmjavn3mzowi3c2t4bl8wnduuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=a6195b90fb892dcf

W1siziisijiwmtyvmduvmjavohy4d20xatlmof8wndyuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=275ceab4a706ab0a

W1siziisijiwmtyvmduvmjavmwdunnk5d2zoov8wndcuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=6b80ede1eec0584b

W1siziisijiwmtyvmduvmjavn2r1zghoa2g5af8wndguanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=f63db174fe18f199

W1siziisijiwmtyvmduvmjavm3n3nhq5mzftav8wndkuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=da756b1709647bb3

W1siziisijiwmtyvmduvmjavn2xpmzdhdmhjy18wntauanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=35daab88a73e828e

W1siziisijiwmtyvmduvmjavmjrxzglxztd4ov8wnteuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=4692a2a439b00706

W1siziisijiwmtyvmduvmjavnwe4oda5n2ztm18wntuuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=d5bb84e14adb2cbb

W1siziisijiwmtyvmduvmjavnjiwzxcwagfvcf8wmdeuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=a1bd5a303d44d979

W1siziisijiwmtyvmduvmjavn3u3mtrpbnl2a18wmdiuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=cae80bad8717c9c9

W1siziisijiwmtyvmduvmjavedq2nhljzjrsxzawmy5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=bd8a9f6e43ca65d9

W1siziisijiwmtyvmduvmjavnhlmnxo3anrqaf8wmdquanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=8b424c7d01b0cbe2

W1siziisijiwmtyvmduvmjavn3fjmda2b3zmcv8wmduuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=6bca770dcbde25cf

W1siziisijiwmtyvmduvmjavmjr0bmzwmdvhcv8wmdguanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=831292a118481d27

W1siziisijiwmtyvmduvmjavmzjmodbznxdtz18wmtauanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=7fb73c11a5227009

W1siziisijiwmtyvmduvmjavng1yctm5bg41zv8wmteuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=3f13e513fd344fdf

W1siziisijiwmtyvmduvmjavmzbunmdnn2s2av8wmtiuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=f4907385346789c9

W1siziisijiwmtyvmduvmjavmxyxejk5dgxzn18wmtquanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=4102b1e8ff23de0d

W1siziisijiwmtyvmduvmjavmtnumxfuzdc1mf8wmtguanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=7c0dea866a4c6f77

W1siziisijiwmtyvmduvmjavmtq2atn6odc5zl8wmjauanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=11a744f52149bab5

W1siziisijiwmtyvmduvmjavoww3ogrwemvvnl8wmjeuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=11e13d8aad25086a

W1siziisijiwmtyvmduvmjavmzy3bhfqnzy4cv8wmjiuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=5c5eb392556d4488

W1siziisijiwmtyvmduvmjavmzqxexnwnnnvdf8wmjquanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=3c5b727ec3f8700d

W1siziisijiwmtyvmduvmjavmxl3a211ngywb18wmjuuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=765fb8cbed42ff27

W1siziisijiwmtyvmduvmjavmtz3a3j4atf6y18wmjyuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=b55bea5df0f35aac

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top