
Azərbaycanda banklar kredit verilməsinin bərpasına başlayıb – YENİLƏNİB
Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir. “Report”un verdiyi xəbərə görə, artıq banklar məhdudiyyətlə olsa da manatla kreditləşmənin bərpasına başlayıblar.
Hazırda “TuranBank” “Rabitəbank”, “Accessbank”, AFB Bank”, “Kapital Bank”, “Azər-Türk Bank”, Atabank”, “Bank of Baku”, Bank Respublika”, “Paşa Bank”, “Unibank”, “Bank Avrasiya”, “Dəmirbank”, “Parabank”, Azərbaycan Beynəlxalq Bankı, Bank Nikoil”, Bank BTB”, “Caspian Development Bank” manatla kredit verilişini həyata keçirir.
Qeyd edək ki, “Rabitəbank” və “Parabank” lombard və depozit təminatı əsasında həm manatla, həm də dollarla kreditləşməni davam etrdirir.
“Azərbaycan Sənaye Bankı” və “Yapı Kredi Bank Azerbaijan” isə nağd pul krediti verməsə də, müştərilərə kredit kartı təklif edirlər. “Ziraat Bank Azerbaijan” isə hazırda ancaq biznes kreditləri verməklə məşğuldur.
“Xalqbank”da isə hazırda yalnız Sahibkarlığa Kömək Milli Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə verilən kreditlər aktivdir.
Qeyd edək ki, dollarla kreditlər əsasən biznes kreditləri və gəliri dollarla olan müştərilər üçün nəzərdə tutulub. “Bank Avrasiya” və “Bank Nikoil” dollar kreditlərini yalnız gəliri dollarla olanlara təklif edir.
“Report” hazırda bankların kredit təklifləri üzrə göstəricini təqdim edir:
№ | Banklar | Manatla | Dollarla |
1 | Rabitəbank | + | + |
2 | NBC Bank | – | – |
3 | Expressbank | – | – |
4 | Kredobank | – | – |
5 | Accessbank | + | – |
6 | AFB Bank | + | – |
7 | Kapitalbank | + | |
8 | Günaybank | – | – |
9 | Azər-Türk Bank | + | + |
10 | Zaminbank | – | – |
11 | ASB bank | – | – |
12 | Atabank | + | – |
13 | Bank of Baku | + | – |
14 | Bank Respublika | + | – |
15 | Paşabank | + | – |
16 | Turanbank | + | – |
17 | Unibank | + | – |
18 | Silk Way Bank | – | – |
19 | Bank Avrasiya | + | + |
20 | Dəmirbank | + | – |
21 | Parabank | + | + |
22 | Azərbaycan Beynəlxalq Bankı | + | + |
23 | Bank Nikoil | + | + |
24 | Muğanbank | – | – |
25 | Xalqbank | – | – |
26 | Amrahbank | – | – |
27 | Dekabank | – | – |
28 | BTB | + | + |
29 | Caspian Development Bank | + | – |
30 | AGBank | – | – |
31 | Bank VTBAzərbaycan | – | – |
32 | Yapı Kredi Bank Azərbaycan | – | – |
33 | Bank Standard* | ||
34 | Ziraat Bank Azərbaycan** |
+Kredit verilir
-Kredit verilmir
*Banka müvəqəti inzibatçı təyin olunub. Hazırda yalnız xırda əmanətlərin qaytarılması həyata keçirilir, digər bank əməliyyatları aktiv deyil.
**Ancaq biznes kreditləri aktivdir
Mənbə: report.az
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]